Bazar, 28 Aprel

Aslan İsmayılovdan Əli Həsənova sərt sözlər: "Nə qədər həyasız olasan ki"

image

Tanınmış hüquqşünas Aslan İsmayılov prezidentin keçmiş köməkçisi Əli Həsənovun bu gün mətbuata verdiyi açıqlama haqqında münasibət bildirib. Öz facebook hesabında paylaşım edərək Əli Həsənovu "ədəbazlıq"da ittiham edib.

O, Əli Həsənovun mətbuata verdiyi açıqlamasında işlətdiyi “hərə ağzına gələni danışır, vəziyyətim qoz kimidir” sözlərinə diqqət çəkib:

"Nə qədər həyasız olasan ki, bu qədər olub keçənlərdən sonra da belə ədabazlıq edəsən. Belə baxanda özünə və təmsil oldunduğu hakimiyyətə uyğun davranır, çünki yüz milyonları taladı, cəmiyyətin əxlaqını pozdu, jurnalistikanı şantaja, reketçiliyə bulaşdırdı, yekunda dəyib toxunan olmadı, özü azadlıqda firəvan həyatında, qohum-əqrabası da vəzifə başındadır.

"Ramiz Mehdiyev və Əli Həsənov artıq yoxdur, onlarla nə işiniz vardır?" deyənlər, bilin, onlar heç yerə getməyiblər və bu gün də ölkədə söz sahibidirlər. Bunlardan biri həbsə gedəndə onların nə qədər müdafiəçiləri olduqlarının şahidi olacaqsınız, deyə Aslan İsmayılov qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39